Sen 17, 2020 08:23 Asia/Baku
  • Fələstinli qaçqınlar sionist rejim ilə münasibətlərin normallaşdırılmasını qınayıblar

Livanda yerləşən fələstinli didərginlər düşərgəsi sakinləri BƏƏ və Bəhreynin sionist rejimlə münasibətləri normallaşdırmasını qınayıblar.

SəhərAzəri xəbər verir, Livan düşərgələrində yaşayan fələstinli qaçqınlar vurğulayıblar: "Fələstin amalı sövdələşməli deyil və rüsvayçı əsrin sövdələşməsi planı tarixin zibil qutusuna atılacaq". 

Fələstin İslami Müqavimət Hərəkatı Həmas-ın nümayəndəsi Əhməd Əbdül-Hadi Livanda Fələstin xalqının müqavimət və birliyinin vacibliyini vurğulayaraq, deyib: "Azadlığa çatanadək müqavimət davam edəcək".

Livan Hizbullahında Fələstin işi üzrə məsul şəxs Ətaullah Həmmud isə deyib: "Sionist rejimlə münasibətlərin normallaşdırılması Fələstin şəhidlərinin qanına xəyanətdir".

Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn sionist rejimlə əlaqələri normallaşdırmağa dair razılaşmanı açıqladıqdan sonra dünən gecə Ağ Evdə ABŞ prezidenti donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunun iştirakı ilə məlum razılaşmanı imzalayıblar. 

İmzalama mərasimi ilə eyni zamanda, sionist rejimlə əlaqələrin normallaşmasına qarşı çıxanlardan ibarət böyük bir qrup Ağ Ev qarşısında sionist rejim işğalçılığına və fələstinlilərin hüquqlarına etinasızlığa qarşı şüarlar səsləndirib.

Teqlər