Sen 18, 2020 15:45 Asia/Baku
  • Fələstində qəzəb günü

Fələstindəki Xalq Müqaviməti Milli Birliyinin rəhbərliyi, BƏƏ və Bəhreynın Sionist rejimlə münasibətləri normallaşdırmasını pisləmək üçün bu günü (cümə), xalqın qəzəb günü elan edərək, Fələstin xalqına çağırış edib.

SəhərAzəri Fələstin Məlumat Mərkəzinə istinadla xəbər verir, Bu çağırışda Fələstinin hər yerindəki məscid imamlarından istənilib, işğalçı rejimlə əlaqələrin normallaşması və ərəb hökmdarlarının Fələstin xalqına xəyanət etmələrinə cümə xütbələrində yer versinlər.
Qeyd edək ki, həmin biabırçı müqaviləni pisləmək üçün sabah da işğal olunmuş ərazilərin müxtəlif bölgələrində qara bayraqlar qaldırılacaq.
Digər tərəfdən, xalq komitələri Fələstin ictimaiyyətini Sionist rejimə qarşı qalxmağa və İordan çayının qərb sahilinin müxtəlif yerlərində işğalçılarla qarşıdurmaya çağırıb.

Teqlər