Sen 19, 2020 18:50 Asia/Baku
  • Türkiyə və Rusiya rəsmiləri Liviya böhranını müzakirə etdilər

Rusiya xarici işlər nazirinin müavini Türkiyə səfiri ilə görüşüb.

Səhər Azəri bildirir ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar ilə görüşüb.

Məlumata görə görüşdə Liviyadakı son durum müzakirə edilib. 

Tərəflər Liviyada münaqişə tərəflərinin təmkinli davranmasına təkid edərək, böhranın Berlin konfransı və Təhlükəsizlik Şurasının 2510 saylı qətnaməsi əsasında siyasi yolla həll edilməsini vurğulayıblar. 

Liviya böhranı bu ölkəni regional və beynəlxalq güclərin qarşıdurma meydanına çevirib. 

Teqlər