Sen 25, 2020 19:20 Asia/Baku

Yəməndə xəstəliklər və aclığın sürətlə artması Səudiyyə Ərəbistanı kralının bu ölkəyə humanitar yardımlarla bağlı iddialarının əsassız olduğunu ortaya qoyur.

Səhər Azəri bildirir ki, Yəmən əhalisi arasında aclıq və xəstəliklərin artması Ərəbistan kralının bu ölkəyə humanitar yardımların edilməsinə dair iddiasının ağ yalan olduğunu ortaya qoyur.

Əl-Minar kanalının müxbiri Yəmən xəstəxanalarından birindən verdiyi reportajda bildirir: Kral Salmanın iddialarına rəğmən Yəmən xalqı 5 ildir ki, aclıq və xəstəliklərdən əziyyət çəkir. 

Xəstəxana rəhəbrəliyi xəstələri müalicə etmək üçün kifayət qədər dərman preparatlarının olmaması habelə, yanacaq azlığından şikayət edir. 

Bu azmış kimi Yəmən xalqı Səudiyyə Ərəbistanı və başçılıq etdiyi təcavüzkar koalisiyanın bu ölkəni mühasirədə saxlaması üzündən misilsiz aclıq və qıtlıq ilə üzləşib.

Teqlər