Sen 26, 2020 14:29 Asia/Baku

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı tərəfindən İsrailin ahəngdarlığı ilə Yəmən ərazisində yaradılan hərbi bazalar yəmənli qüvvələrin əlindən amanda qalmayacaq.

Səhər Azəri bildirir ki, bu sözləri Yəmənin müdafiə naziri Məhəmməd Əl-Atifi deyib. 

Yəmənin Milli Qurtuluş hökumətinin müdafiə naziri İsrailin ahəngdarlığı ilə Əmirliklər və Səudiyyə koalisiyasının Əl-Muhrə və Sukatra adasındakı müstəmləkəçi rəftarlarının cavabsız qalmayacağını deyib. 

Məhəmməd Əl-Atifi Yəmən Ənsarullahının baş katibinə ünvanlanmış məktubda bu məqama təkid edərək, bildiribi: Yəmənli qüvvələrin əli Əmirliklər-Səudiyyə koalisiyası tərəfindən İsrailin ahəngdarlığı ilə təsis edilən hərbi bazalara qədər uzanacaq.

Yəmənli nazir əlavə edib: Əbu-Dəbi və Ər-Riyadı hədəfə almağı bacaran qüvvələr onların Yəmən torpaqlarındakı hərbi bazalarını də vurmağa qadirdir.

Teqlər