Sen 29, 2020 14:04 Asia/Baku
  • ABŞ yenidən Suriyaya hərbi kontingent göndərir

Yerli mənbələr Əl-Vəlid keçidi vasitəsilə ABŞ-ın Suriyaya yeni hərbi təchizatlar göndərməsindən xəbər verirlə.

Səhər Azəri bildirir ki, bu barədə Suriyanın Əl-Əxbariyə informasiya kanalı məlumat yayıb. 

Məlumata görə təqribən 20 zirehli texnika Əl-Vəlid keçid məntəqəsindən Suriya ərazisinə daxil olaraq Həsəkə vilayətinə doğru hərəkət edib. 

Ötən iki həftə ərzində təqribən 300 tır hərbi təchizat ABŞ-ın İraqdakı bazalarından Suriyaya köçürülüb. 

ABŞ Suriyada PKK və YPG kürd terrorçuları tərəfindən işğal edilən neft yataqlarını nəzarətdə saxlamaq üçün davamlı şəkildə bu əraziyə hərbi qüvvə göndərir.

Teqlər