Sen 30, 2020 07:38 Asia/Baku
  • General Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin terrorunda məqsəd, İŞİD-i bərpa etmək idi

Livan Hizbullahının baş katibi bildirib ki, general Soleymaninin və Əbu Məhdi Əlmuhəndisin terrorunda məqsəd, İŞİD-i bərpa etmək idi.

SəhərAzəri xəbər verir, Livan Hizbullahının baş katibi dünən bir çıxışda amerikalı terrorçuların İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı şəhid pasdar Hac Qasem Soleymanini və İraqın xalq səfərbər təşkilatı- Həşduşşəbinin sədr müavini Əbu Məhdi Əlmuhəndisi şəhid etməkdə məqsədlərini, terrorçu İŞİD qrupunu bərpa etmək adlandırıb.

Seyyid Həsən Nəsrullah bildirib ki, Amerika şəhidlər Soleymani və Əlmuhəndisin terroru əməliyyatından sonra İŞİD terror qrupunu bərpa etməyə başlayıbdır. O, deyib: Amerikanın İŞİD-i yenidən bərpa etməkdə məqsədi, öz qüvvələrinin regionda iştirakının davam etməsini əsaslandırmaqdır.

Seyyid Həsən Nəsrullah həmçinin Bəhreyn və əmirliklər kimi bəzi ərəb rejimlərinin sionist rejimlə münasibətlərini adiləşdirmələrinə işarə edib. Bildirib ki, xalqlar hökumətlərin bu qərarını müşayiət etməyəcəklər.

Nəsrullah habelə Tunis və Əlcəzairin sionist rejimlə münasibətlərin adiləşdirilməsini qəbul etməmək üzrə mövqelərini yüksək qiymətləndirib və belə söyləyib: Münasibətləri adiləşdirməyə üz tutmuş kəslər tezliklə başa düşəcəklər ki, hesablamaları yanlışdır və gələcək bu məsələni sübut edəcəkdir.

Teqlər