Okt 08, 2020 15:20 Asia/Baku
  • İraqlıların ərbəin mərasimindəki milyonluq iştirakı

Ərbəin ziyarəti mərasimi və bu mərasimin özəl yürüşü çərşənbə günün qürub çağı zəvvarların sonuncu dəstə və qruplarının yüzlərlə kilometr yolu piyada şəkildə keçdikdən sonra müqəddəs Kərbəlaya daxil olmaları ilə kulminasiya nöqtəsinə çatdı.

SəhərAzəri xəbər verir, Piyada şəkildə Kərbəlaya doğru hərəkət edərək, bu müqəddəs məkana daxil olan İraqın müxtəlif bölgələrindən gəlmiş əzadarlıq dəstələri bu gün Hüseyn(ə) ərbəini mərasimini keçirib və dünya şiələrinin üçüncü imamı Həzrət İmam Hüseyn(ə) üçün əzadarlıq ediblər.

Koronavirus pandemiyası iranlı zəvvarların bu il ərbəin mərasimində iştirak etməmələrinə səbəb oldu və bu, ərbəin yürüşündə müşahidə olunan bir məsələ idi.

İraqlıların əksər hissəsi İrana, ötən illərdəki dostları və yoldaşlarına ünvanladığı internet müraciətlərində əminlik veribdir ki, onların tərəfindən ərbəin ziyarətini yerinə yetirəcəkdir.

Son məlumatlar milyonlarla iraqlının Kərbəlaya toplaşmasından söz açır.

Teqlər