Okt 12, 2020 14:21 Asia/Baku
  • Sosial şəbəkə istifadəçilərinin 90 faizi sionist rejimlə əlaqələrin normallaşmasına qarşıdır

Sionist rejimin Strateji İşlər Nazirliyinin araşdırmaları göstərir ki, sosial şəbəkə istifadəçilərinin 90 faizi Fars Körfəzindəki ərəb ölkələrinin sionist rejimlə münasibətlərinin normallaşmasına qarşıdır.

SəhərAzəri xəbər verir, Sionist rejimin "Yerusalem Post" qəzetinin məlumatına görə, bu rejimin Strateji İşlər Nazirliyinin cari il Avqustun ortalarından sentyabr ayına qədər apardığı yeni bir araşdırmaya əsasən, regionun ərəb ölkələri sionist rejimə qarşı mənfi fikirdədirlər. 

Sionist rejimin Strateji İşlər Nazirliyinin statistikaları göstərir ki, Birləşmiş Ərəb Əmirlikləri ilə sionist rejim arasındakı razılaşması ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələrin 90 faizi mənfidir, yazılan statusların 45 faizi isi bu razılaşmanı xəyanət hesab edir.

Bəhreyn və BƏƏ Qüdsü işğal etmiş rejimlə sülh sazişini açıqladıqdan sonra sentyabrın 15-də Ağ Evdə ABŞ prezidenti Donald Tramp və sionist rejimin baş naziri Benyamin Netanyahunun iştirakı ilə sözü gedən razılaşma sənədini imzalayıblar.  

Teqlər