Okt 13, 2020 19:00 Asia/Baku
  • Sionist hərbçilər livanlı balıqçıları atəşə tutublar

Sionist rejim hərbçiləri Livanın regional sularını pozaraq, həmin ölkənin balıqçılarına tərəf atəş açıblar.

SəhərAzəri xəbər verir, Livan ordusunun komandanlığı bir bəyanatda bildiribdir ki, sionist rejimin bir hərbi qayığı dünən gecə Livanın dəniz hüdudlarını pozaraq, bu ölkənin regional sularına daxil olub və «Rəəsulnaqurə»nın yaxınlığında livanlı balıqçılara tərəf atəş açıbdır.

Həmçinin dünən sionist rejimin casusluq təyyarələri Livan səmasında uçaraq, səkkiz dəfə bu ölkənin hava məkanını pozublar.

Sionist rejim BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə məhəl qoymadan daima Livanın hava, dəniz və quru məkanlarını pozur.

Livan dəfələrlə BMT-nin Təhlükəsizlik Şurasından və beynəlxalq təşkilatlardan sionist rejimin bu hücumlarına son qoymaq üçün tədbir görmələrini istəyibdir.

Teqlər