Okt 15, 2020 13:25 Asia/Baku
  • BƏƏ təyyarələri İşğal olunmuş Fələstinin hava məkanından istifadə edib

İsrail rejiminin Nəqliyyat Nazirliyi Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus olan Etihad Airways-ə aid təyyarənin ilk dəfə İsrail rejiminin hava məkanından istifadə etdiyini açıqlayıb.

SəhərAzəri Sputnik-ə istinadən xəbər verir, İsrail rejiminin nəqliyyat naziri Miri Regev bununla bağlı Twitter hesabından açıqlama verib: “İsrail rejiminin səmasındakı tarixi hadisə: Etihad şirkətinə məxsus təyyarənin Milandan Əbu Dabiyə uçuşu bu dəqiqələrdə (İsrail) Nəqliyyat Nazirliyinin aviasiya orqanı ilə razılaşdırılaraq ilk dəfə reallaşır”.

Regev bu hadisəni İsrail rejimi ilə BƏƏ arasında razılaşmanın bəhrələrindən biri kimi xarakterizə edib.

Sionist nazir, eyni zamanda Tel-Əviv, Əbu-Dabi və Dubay arasında İsrail rejiminin vətəndaşları üçün birbaşa uçuşların başlanmasına dair yeni iqtisadi bir dövrə və regional rifaha səbəb olacaq müqavilələri dəstəklədiklərini bildirib.

Teqlər