Okt 15, 2020 17:44 Asia/Baku
  • Yəmənli əsirlərin ilk qrupu Səna aeroportuna daxil olub

Əsirlər Yəmənin məsul şəxsləri və hərbi komandanları tərəfindən qarşılanıblar.

SəhərAzəri xəbər verir, 108 nəfərə şamil olan yəmənli əsirlərin ilk qrupu Beynəlxalq Qızıl Xaç Komitəsinin bir ədəd təyyarəsi vasitəsilə Səna aeroportuna daxil olubdur.

Yəmənli əsirlərin digər bir qrupu da başqa üç təyyarə vasitəsilə bu ölkənin Sion və Ərəbistanın Əbha hava limanlarından Sənaya köçürüləcəkdir.

Bu əsirlər Səna hava limanına daxil olarkən Yəmən Ənsarullah hərəkatının üzvlərindən bir qrupu, bu ölkənin hərbi komandanları və nazirlərindən bir qismi, həmçinin Yəmən vətəndaşları tərəfindən qarşılanıblar.

Qarşılılqlı olaraq, on beş ərəbistanlı və dörd sudanlı əsiri aparan bir təyyarə də Səna hava limanından Əbha hava limanına köçürübdür. Yəmənin istefa vermiş hökumətinin tabeliyində olan muzdlu qüvvələrdən yüz səkkiz əsir də bir ədəd təyyarə ilə Sənadan Həzərmut vilayətinin Sion hava limanına köçürülübdür.

Bu, 2014-cü ildə Yəmən savaşının başlandığı zamandan bəri Yəmən milli qurtuluş hökuməti ilə bu ölkənin kənarlaşdırılmiş və buraxılmış dövləti arasında aparılan ən iri əməliyyatıdır.

Teqlər