Okt 15, 2020 22:08 Asia/Baku
  • Sionist rejimi Qərb Sahilinə yeni basqınlar edir

İordan çayının qərb sahilində İsrail rejiminin əsgərləri ilə fələstinlilər arasında şiddətli toqquşmaya baş verib.

SəhərAzəri parstoday-ə istinadla xəbər verir, sionistlərin Fələstin vətəndaşlarına qarşı bir sıra döyüş əməliyyatları davam edir. Sionist qüvvələrin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumlar etdiyi bildirilir. Kütləvi basqınlardan sonra sionistlər ilə fələstinlilər arasında şiddətli toqquşma baş verib. Sionistlərin fələstinlilərə qarşı hərbi güllələrdən istifadə etdikləri bildirilir. Ərəb mətbuatının verdiyi məlumata görə, qarşıdurma zamanı üç fələstinli həbs edilib. Son günlərdə sionistlər işğal altındakı Qüds və İordan çayının qərb sahilində çox sayda fələstinli vətəndaşı həbs edib.

Teqlər