Okt 19, 2020 21:12 Asia/Baku
  • Əmirlik heyəti Məscidül-Əqsadan qovulub

Fələstinli ibadətçilər Sionist polisinin nəzarəti altında Məscidül-Əqsaya daxil olan Əmirlik heyətini, məscidi tərk etməyə məcbur ediblər.

SəhərAzəri xəbər verir, Fələstinli ibadətçilər bir Əmirlik nümayəndə heyətini Məscidül-Əqsanı tərk etməyə məcbur edilbər.
Vadi Əl-Həlvə İnsan Haqları Məlumat Mərkəzi, bir qeyri-hökumət təşkilatı olaraq Facebook səhifəsində yazib: Fələstinlilər sazişçi bir Əmirlik heyətini Məscidül-Əqsa həyətini tərk etməyə məcbur ediblər. Əmirlik heyəti İsrail polislərinin nəzarəti altında Məscidül-Əqsaya girib. Mərkəz postu ilə bərabər səhifəsində bir video da yerləşdirib.
Bu videoda göstərilir ki, Fələstinli bir ibadətçi, Əmirlik nümayəndə heyətinin üzvü ilə danışmaqdan imtina edərək, Onu "sazişçi" adlandırır.
Fələstinli ibadətçi bir əminlik vətəndaşəna deyib: Sənin kimi sazişçilərin mənimlə danışmasına icazə vermərəm.
Bu videoda fələstinli ibadətçi, Əmirlik nümayəndə heyətinin məscidi tərk etməsini vurğulayır, nəhayət, Əmirlik heyəti dərhal məscidi tərk etmək məcburiyyətində qalıb. 
Qeyd edək ki, keçən həftə İsrail polisinin himayəsində olan bir Oman heyəti Məscidül-Əqsanı ziyarət edib, Bu bir neçəinci dəfədir ki, son aylarda Fars körfəzindəki ərəb ölkələrinin vətəndaşları namaz qılmaq üçün Məscidül-Əqsaya gəliblər, ancaq Fələstinlilər onları müsbət qarşılamayıblar və onları məsciddən çıxmağa məcbur ediblər.

Teqlər