Okt 21, 2020 09:51 Asia/Baku
  • Sionist rejim bir daha Qəzzəyə hücum edib

Sionist rejim dünən gecə bir daha Qəzzə zolağını hədəfə alıb.

SəhərAzəri xəbər verir, Bu rejimin qırıcıları və hərbi vertolyotları Qəzzə zolağının mərkəzində yerləşən «Dəyrulbələh» bölgəsinin şərqini hədəfə alıblar.

Sionist rejim ordusu iddia edibdir ki, bu hücum Qəzzə zolağından işğal olunmuş ərazilərə tərəf bir ədəd raketin atılmasına cavab olaraq həyata keçirilibdir.

Sionist rejimin qırıcıları, vertolyotları, PUA-ları və artilleriyası son aylarda dəfələrlə Qəzzə zolağının müxtəlif bölgələrini hədəfə alıblar.

Bu rejim 2017-ci ilin dekabrından bəri Qəzzə zolağına qarşı hava hücumlarının yeni mərhələsini gündəmə gətiribdir.

Bu hücumlar daima puç bəhanələrlə həyata keçirilir.

Sionist rejimin Qəzzə zolağına qarşı hücumlarında indiyədək minlərlə fələstinli şəhid olub və yaralanıbdır.

Teqlər