Okt 21, 2020 22:40 Asia/Baku
  • İraq dinc insanları ABŞ-ın qətl etdiyi sübut olunub

İraqın Əl-Həşduş Şəbi Qüvvələrinin komandirlərindən biri olan Məhəmməd Əl-Bəsri Bağdadın Əl-Rizvaniyə rayonunda bir yaşayış evinin bombalanmasına görə ABŞ səfirliyinin məsuliyyət daşıdığını və Vaşinqtonun zərərçəkənlərin ailələrinə pul ödəmək istəsə də, ailələrin bunu qəbul etmədiklərini söyləyib.

SəhərAzəri Farsnews-a istinadən xəbər verir ki, Məhəmməd Əl-Bəsri Bağdadın Əl-Rizvaniyə bölgəsinin bombalanması istintaqının bağlandığını elan edib.

İraq Ordusunun Baş Qərargahı sentyabrın 29-u Əl-Rizvaniyədəki yaşayış evinin bombalanması nəticəsində 5 nəfərin öldüyünü və daha 2 nəfərin yaralandığını elan etmişdi.

Əl-Bəsri Shafaq News-a bildirib ki, Əl-Rizvaniyə hücumu ilə bağlı istintaq ABŞ səfirliyinin iştirak etdiyini sübut edib.

İraq təhlükəsizlik qüvvələri istintaqı Bağdad hava limanı yaxınlığındakı bir evi bombaladıqdan sonra apardı ... Lakin amerikalıların iştirak etdikləri sübut edildikdən sonra iş bağlandı.

ABŞ tərəfi əməliyyatın qəsdən olmadığını və bu hadisənin [ABŞ-ın Bağdaddakı] səfirliyinin bəzi raketləri üzərində təlim əməliyyatı zamanı baş verməsi ilə əsaslandırdı.

ABŞ səfirliyi şəhid ailələrinə külli miqdarda pul verməyə çalışdı, ancaq ailələr pulu fidyə olaraq qəbul etməkdən imtina etdilər.

Məhz bu hücumdan sonra amerikalılar həmişəki kimi cinayət barmağını İraq müqavimət qruplarına yönəltmişdilər, lakin istintaq ABŞ-ın günahkar olduğunu göstərdi.

Teqlər