Okt 24, 2020 13:57 Asia/Baku
  • Trump: BƏƏ-yə F-35 qırıcı təyyarələrinin satışı başlanıb

ABŞ prezidenti açıqlayıb: Qabaqcıl F-35 qırıcılarının BƏƏ-yə satılma prosesi başlayıb.

SəhərAzəri Rusia Əl-yom xəbər agentliyinə istinadla xəbər verir, ABŞ prezidenti Donald Tramp Ağ Evdə bir açıqlamada, Sudan ilə Sionist rejim arasında sülh razılaşmasini elan edərək, jurnalistlərə deyib: İnkişaf etmiş F-35 qırıcılarının BƏƏ-yə satışını başlayiriq.
Bu vaxt İsrail Baş Naziri Benyamin Netanyahu və Müharibə Naziri Beni Gantz ortaq bir açıqlamada bildiriblər ki, Təl-Əvivin ABŞ-ın BƏƏ-yə "xüsusi silahlar" satmasına etirazı yoxdur.
Bu açıqlamada qeyd edilib: Netanyahu və Gantz, ABŞ-ın İsrailin hərbi potensialını gücləndirərək və hərbi üstünlüyünü qoruduğunu nəzərə alaraq, İsrailin bu sistemlərin BƏƏ-yə satılmasına etirazı yoxdur.
Açıqlamada birbaşa F-35-dən bəhs edilməyib, Ancaq bu, İsrailin bölgədəki hərbi üstünlüyünü təhdid edən silah satışına qarşı çıxan Təl-Əvivin rəsmi mövqeyində ciddi bir dəyişiklik olduğuna işarədir.

Teqlər