Okt 25, 2020 15:58 Asia/Baku
  • Yəmənli qüvvələrin səudiyyənin həssas mərkəzlərinə qarşı PUA hücumları

Yəmənin ordusu və xalq komitələrinin PUA bölməsi bir əməliyyatda Ərəbistanın içərilərində yerləşən «Xəmis Muşəyt» bazasını, həmçinin Cizan və Əbha hava limanlarını hədəfə alıbdır.

SəhərAzəri xəbər verir, «Qasif-2» tipli yəmənli PUA-lar Ərəbistanın cənubunda yerləşən «Xəmis Muşəyt» bazasını, həmçinin Cizan və Əbha hava limanlarını üç dəfə hədəfə alıblar.

Yəmən silahlı qüvvələrinin sözçüsü bildirib ki, əməliyyat dəqiqlik və uğurla keçirilibdir.

m.k- Biz Yəmənin həyati təsisatları və yaşayış massivlərinə hücumlar keçirən bütün hava limanlarını hədəfə alacağıq.

Təcavüzkar səud qırıcıları ötən saatlarda 20 dəfə Marəbdə Mədqəl, Əlcufda isə Əlxəncər bölgələrinə hücum ediblər. Səud artilleriyası da Səədədə yerləşən Qafirə sərhəd bölgələrini atəşə tutub. Nəticədə bir Yəmən vətəndaşı şəhid olubdur.

m.k- Səud ərazilərinin içərilərində yerləşən həssas və həyati nöqtələrin hədəfə alınmaları Yəmən xalqının mühasirəsinə və yaşayış massivlərinə qarşı hücumlara cavabdır. Biz təcavüzkarları mühasirəni götürməyə və mülkiləri bombalamağı dayandırmağa məcbur edəcəyik.

Yəmənin siyasi və hərbi rəsmiləri vurğulayırlar ki, bu ölkə xalqına qarşı mühasirənin davam edəcəyi zamanadək Yəmən ordusunun səudiyyə ərazisinin dərinliyinə qarşı PUA, raket və hava hücumları da davam edəcək və bu hücumlar təcavüzkarların qarşısında Yəmən xalqının hüquqlarının müdafiə edilməsi deməkdir.

Teqlər