Okt 27, 2020 15:10 Asia/Baku
  • Səudiyyə rejiminin muzdluları arasında xaos başlayıb

Yəmən və Səudiyyə rejiminin sərhədindəki təcavüzkar Səudiyyə rejiminin koalisiyasının çox sayda muzdluları müharibənin dayandırılmasını və maaşlarının ödənilməsini tələb edir. Səudiyyə rejimi ilə Yəmən sərhədindəki Midi bölgəsində yerləşən çox sayda muzdlu Səudiyyə rejiminə qarşı aksiya təşkil edib.

SəhərAzəri xəbər verir, bəzi muzdlular 10 aydır maaşlarını ala bilmədiklərini deyir və maaş tələbi ilə son aylarda baş verən etirazlar, bu həftələr yeni mərhələyə keçib və etirazlar müharibənin uzadılmasına qarşı etirazlara çevrilib. Səudiyyə rejiminin koalisiyasının hərbi mənbələrinə görə, Yəmənin şimal sərhədlərində yerləşdirilən xeyli sayda silahlı, son aylarda bazalarından qaçaraq evlərinə qayıdıb. Alab nəzarət məntəqəsi daxil olmaqla, Saada əyalətinin bəzi hissələri, 2016-cı ildən etibarən Səudiyyə rejiminin koalisiya qüvvələri tərəfindən işğal edilb və orada muzdlular yerləşdirilib.