Okt 28, 2020 11:07 Asia/Baku
  • Səudiyyə Ərəbistanın XİN başçısı:

Səudiyyə Ərəbistanın Xarici İşlər Naziri, səud rejiminin sionist rejim ilə münasibətləri normallaşdıranlar sırasına qoşulacağını vurğulayıb.

SəhərAzəri xəbər verir, "Əl-Əhd" xəbər portalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanın Xarici İşlər Naziri Feysəl Bin Fərhan ölkəsinin sonda sionist rejimlə razılaşma əldə edəcəyini qeyd edib.

Ərəbistanın XİN başçısı deyib: "Ər-Riyad ilə Vaşınqton arasında bəzən meydana gələn fikir ayrılıqları təsadüfidir və bu ikitərəfli münasibətlər şəxsi əlaqələr deyil, qarşılıqlı maraqlara əsaslanır".

Fərhan, Əbu-Dabi ilə Təl-Əviv arasında münasibətlərin normallaşdırılması qarşılığında Qərb sahilinin ilhaqı planının ləğv ediləcəyinə dair BƏƏ-nin iddiasına reaksiyada deyib: "İsrail sionist rejim ilə əlaqələrin qurulması fələstinlilərlə sionistlərin danışıqlarına zəmin yaradacaq".

ABŞ prezidentinin sionist rejimlə bəzi ölkələr arasında münasibətlərin normallaşması üzrə cəhdləri fonunda Bəhreyn, BƏƏ və Sudan bu rejimlə diplomatik əlaqələr qurmaq barədə razılıq əldə ediblər.

Teqlər