Noy 25, 2020 18:45 Asia/Baku
  • Yəmənlilərin təcavüzkarlara növbəti cavabı, daha möhkəm olacaq

Yəmənin Ənsarullah hərəkatı səud təcavüzkarlarına növbəti cavabı Aramko neftayırma zavoduna hücum da daxil olmaqla daha möhkəm və daha böyük adlandırıb.

SəhərAzəri xəbər verir, Ənsarullah hərəkatının üzvü Əli Əlqəhum dünən gecə Livanın Əlməyadin telekanalı ilə müsahibədə vurğulayıb: Ali-səud rejiminin Yəmənin silahlı qüvvələrinin Ərəbistanın Ciddə şəhərində yerləşən Aramko neftayırma zavoduna qarşı raket hücumu qarşısında başını itirməsi yəmənli silahlı qüvvələrin gücünün günü-gündən artmasından xəbər verir.

Yəmənin silahlı qüvvələrinin sözçüsü Yəhya Əlsərii bazar ertəsi günü səhər tezdən bildirdi ki, Yəmə ordusunun raket bölməsi, istiqamətləndirilən «Qüds-2» raketi ilə Ərəbistanda yerləşən Aramko neft tasisatlarının paylama stansiyasını hədəfə ala bilibdir.

Belə bir halda, Ali-səud rejimi bu rejimin Yəmən silahlı qüvvələrinin Ərəbistanın həyati təsisatlarına qarşı raket cavabları qarşısında başını itirməsinin nişanəsi olan bir hərəkətdə Yəmənin Ənsarullah hərəkatından BMT-nin Təhlükəsizlik Şurasına şikayət edibdir.

Səudiyyə Ərəbistanı Təhlükəsizlik Şurasından «dünya enerjisinin təhlükəsizliyinə qarşı təhdid» və «Yəmənin xüsusi siyasi prosesi və regional təhlükəszilik» adlandırdığı məsələləri dayandırmasını istəyibdir.

Ərəbistan ABŞ-ın, əmirliklərin və bir neçə digər ölkənin dəstəyilə 2015-ci ilin martında Yəmənə hərbi hücum edərək, bu ölkəni hava, quru və dənizdən mühasirə edibdir. Ərəbistanın və müttəfiqlərinin Yəməndəki militarizmi indiyədək 16 mindən çox yəmənlinin ölümünə, on minlərlə nəfərin yaralanmasına və milyonlarla yəmənlinin didərgin düşməsinə bais olubdur.

Teqlər