Noy 30, 2020 18:24 Asia/Baku
  • Livanın Hizbullahı İranın tanınmış nüvə və müdafiə aliminə qarşı terror aktı şiddətlə qınayıb

Livanın Hizbullah hərəkatı vurğulayib: "İran cinayətkarları müəyyənləşdirə və iranlı alimlərə və rəsmi şəxslərə əl atanların əllərini kəsməyə qadirdir. Bu cinayətkarlar hər kim olursa olsun".

SəhərAzəri xəbər verir, Hizbullah bəyanatında İranın tanınmış nüvə və müdafiə alimi Möhsün Fəxrizadənin şəhid olmasına səbəb olan terror əməliyyatını şiddətlə qınayaraq belə deyib: “Xarici təhdid və sui-qəsdlər qarşısında İranın və xalqının yanındayıq. Sionist rejimin və bölgədəki bir sıra ölkələrin yeni ittifaqına qarşı İranın tərəfindəyik.
İran cinayətkarları müəyyənləşdirə və iranlı alimlərə və rəsmi şəxslərə əl atanların əllərini kəsməyə qadirdir. Bu cinayətkarlar hər kim olursa olsun”.
Hizbullah hərəkatının baş katibinin müavini Şeyx Nəim Qasım da iranlı nüvə aliminin terror edilməsinə belə reaksiya vermişdi: “Biz bu cinayət hücumunu qınayırıq və bu cinayətə cavabın İranın müvafiq sahələri tərəfindən veriləcəyinə inanırıq. Əlbəttə şəhid olmaq bir şərəfdir. Bu sui-qəsdlərdən qorxmuruq”.

Teqlər