Dek 01, 2020 22:59 Asia/Baku
  • “Yəməndə müharibədə 223 min insan öldürülüb”

BMT-nin Humanitar İşlər Üzrə Koordinasiya Ofisi bildirib ki, Yəməndəki müharibə və bununla əlaqəli amillər indiyə qədər 223 min insanın ölümünə səbəb olub.

SəhərAzəri İSNA-ya istinadən xəbər verir ki, BMT-nin Humanitar İşlər Üzrə Koordinasiya Ofisi bu gün (1 dekabr) Səudiyyə rejimi-BƏƏ koalisiyasının Yəmənə təcavüzünün qurbanlarının sayı ilə bağlı statistik məlumat yayıb: bu rəqəm çox yüksəkdir, qəbuledilməzdir.
Beynəlxalq qurum, Yəmənin geri dönməz nöqtəyə gəldiyini və indi atəşkəsə daha çox ehtiyac olduğunu bildirib.
Bununla əlaqədar, OCHA dünən gecə Yəmənin qərbindəki Əl-Hudeyda əyalətində 14 qadın və uşağın öldürülməsinə reaksiya verib.
OCHA-dan verilən açıqlamada, qadınlara və uşaqlara edilən hücumun qəbuledilməz və əsassız olduğu vurğulanıb: “Hücum dəhşətli və beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. İştirak edən tərəflərdən mülki şəxsləri qorumaq üçün addımlar atması tələb olunur”.
Bəyanatda bildirilib ki, Yəmən hazırda dünyanın ən böyük humanitar böhranı ilə üzləşir və sakinlərinin 80%-dən çoxunun humanitar yardım və dəstəyə ehtiyacı var.

Teqlər