Dek 04, 2020 09:03 Asia/Baku
  • Hizbullahın PUA-sı işğal altındakı Fələstinə daxil oldu

Oktyabr ayının sonlarında sionist rejiminin ordusunun hazırlığının pik səviyyədə olduğu vaxtda, Livanın Hizbullah hərəkatının kəşfiyyat pilotsuz uçuş aparatı (PUA) işğal altındakı Fələstinin hava məkanına girib və düşmən radarları tərəfindən aşkarlanmadan Livan torpaqlarına qayıdıb.

SəhərAzəri farsnews-a istinadla xəbər verir, Livanın Əl-Əxbar qəzeti bu gün (3 dekabr) verdiyi xəbərində, Hizbullahın kəşfiyyat təyyarəsinin işğal altındakı Fələstinə girdiyi barədə xəbər verib.

Xəbərə əsasən, 25 oktyabrda sionist rejiminin ordusu, xüsusilə şimal cəbhəsində (Livan və Suriya ilə sərhəd yaxınlığında) müxtəlif cəbhələrdə müharibəni simulyasiya etdiyi beş günlük “güllə keçirməz” adlı bir təlim keçirmişdi.

Xəbərdə, həmçinin sionist rejimin döyüş təyyarələri və helikopterlərinin də qatıldığı bu təlimdə düşmənin əsas hədəflərindən biri Hizbullahı məğlub etmək idi.

Təlimin ikinci günündə məqsədlərdən biri müxtəlif ölçülü hər hansı bir PUA növünün daxil olmasının qarşısını almaq idi. Bu vaxt, düşmənin hazırlığının pik həddə olduğu dövrdə, Livan müqavimətinə məxsus kəşfiyyat təyyarəsi Əl-Cəlil bölgəsindən işğal altındakı Fələstinə girərək, sionist rejimi ordusunun radarları tərəfindən aşkarlanmadan Livandakı bazasına qayıda bildi.

Əl-Əxbar qəzeti Hizbullaha bağlı Əl-Mənar informasiya şəbəkəsinin sabah axşam “Əsrar Əl-Təhrir Əl-Səni”nin (İkinci Qurtuluşun Sirləri) sonuncu bölümündə pilotsuz təyyarənin çəkdiyi kadrların bir hissəsini yayımlayacağını da bildirib.

Teqlər