Dek 11, 2020 10:48 Asia/Baku

İordaniya kralı ölkəsinin Fələstin məsələsindəki qəti mövqeyini vurğulayaraq, Qüdsdəki tarixi vəziyyətə dəyən ziyanı qəbul etməyəcəyini söyləyib.

SəhərAzəri Farsnews-a istinadla xəbər verir, İordaniya kralı 2-ci Abdullah dünən (10 dekabr) Nümayəndələr Palatasında çıxış edərək vurğulayıb: "Fələstin məsələsindəki mövqeyimiz dəyişməyib və Şərqi Qüdsün paytaxtında Fələstin dövlətinin qurulması ilə razıyıq".

Kral 2-ci Abdullah əlavə edib: "İordaniya İslam və xristian müqəddəs yerlərinin qəyyumluğu 100 ildən çoxdur qürur duyduğumuz bir öhdəlik və məsuliyyətdir.

Qüdsün tarixi vəziyyətinə dəyən hər hansı bir ziyanı qəbul etmirik və Əl-Əqsa məscidi və Qüds ziyarətgahı paylaşıla bilməz.

İki dövlətli həll yolu ilə ədalətli və əhatəli barışığa nail olmaq üçün strateji variantdır və Şərqi Qüdsün paytaxtı 4 iyun 1967-ci il sərhədlərində müstəqil Fələstin dövlətinin qurulmasının zəmanəti olaraq qəbul edilib".

Teqlər