Yan 02, 2021 17:48 Asia/Baku
  • Bukamal xalqı Ürəklərin Generalına sədaqətilərini ifadə etdilər

Suriyanın Bukamal şəhərinin əhalisi Sərdar Soleimaninin şəhid olmasının birinci ildönümü münasibətilə möhtəşəm bir mərasim keçiriblər.

SəhərAzəri xəbər verir, Suriyanın şərqində olan Deyr əz-Zor vilayətində yerləşən Bukamal şəhərinin əhalisi, Sardar Süleymaninin bu şəhərin İŞİD-in İşqalından azad etməsi üçün göstərdiyi səyləri və mübarizələri qiymətləndirərək General Süleymaninin şəhid olmasının birinci ildönümü münasibətilə möhtəşəm bir mərasim keçiriblər.

Bukamal və Suriyanın şərqindəki digər bölgələrin insanları Hacı Qasim Süleymani və onun silahdaşlarının şəhadətinin ildönümünü münasibətilə keçirilən anım mərasimində yekdilliklə bildiriblər ki, ABŞ-ın işğalçı qüvvələrinə yer yoxdur və Tehrandan Fələstinə və Livanın cənubuna qədər müqavimət mehvəri davam edir.

Minlərlə Suriyalı, ürəklərin sərkərdəsi Hacı Qasim Süleymani və silahdaşlarının şəhadətinin ildönümü mərasimində iştirak etmək üçün özlərini sərhəd şəhəri olan Bukamal və Suriyanın şərqindəki digər bölgələrə çatdırıblar.

Mərasimdə çıxış edənlər ürəklərin sərkərdəsinin terrorçular və təkfirçilərə qarşı müharibədə döyüşçülərə komandanlıq etməkdəki rolunu yüksək dəyərləndiriblər.

Bu mərasim, eyni zamanda, Suriya xalqının bütövlüyünü və milli birliyini nümayiş etdirməsi üçün bir fürsət oldu.

Mərasimdə İran İslam Respublikası, Suriya, Livan Hizbullahı, Fələstinin müqavimət qrupları və İraqın Xalq Səfərbərlik Qüvvələrini təmsil edən şəxsiyyətlər iştirak edirdi.

Teqlər