Yan 04, 2021 08:23 Asia/Baku
  • Livan-Suriya sərhədində dəhşətli partlayış baş verdi

Müxtəlif xəbər mənbələri dünən axşam, bazar günü, Suriya-Livan sərhədində yerləşən Əl-Qəsr qəsəbəsinin yanacaq anbarında dəhşətli bir partlayış barədə məlumat yayıblar.

SəhərAzəri "LBCI" telekanalının məlumatina istinadən xəbər verir, Partlayış Əl-Qəsr qəsəbəsində yerləşən qaz balonunun  yanacaq anbarının içərisində baş verib. Bu partlayış nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb və xəstəxanaya köçürülüb.
Livan ordusu bu barədə bildirib ki, partlayış günortadan sonra qaz və neft anbarında baş verib. Bu hadisə bölgədəki ordu nəzarət məntəqəsindən uzaqda baş verdiyi üçün Livan ordusu qüvvələri arasında itki olmayıb.

 

Teqlər