Yan 18, 2021 13:51 Asia/Baku

Avropa Komissiyası Təl-Əvivin işğal olunmuş Fələstin bölgələrində 800 yeni mənzil tikintisinə icazə vermək üçün atdığı son addımını kəskin tənqid edən açıqlama verib.

SəhərAzəri Anadolu xəbər agentliyinə istinadən xəbər verir, Avropa Komissiyasının sözçüsü sionist Sionist rejimini işğal altındakı Fələstin ərazilərində məskunlaşmalara son qoymağı tələb edib: "Sionist rejiminin Qərb Sahilində təxminən 800 yeni mənzil inşa etmə planını inkişaf və təsdiqləmək üçün etdiyi son addımı beynəlxalq hüquqa ziddir və iki dövlətli həll perspektivlərini daha da alt-üst edir".

AK rəsmisi bu cür hərəkətlərin Sionist rejimi ilə bir sıra ərəb ölkələri arasındakı razılaşmalar ilə bağlı müsbət prosesləri də pozacağı barədə xəbərdar edib.

Keçən həftənin bazar ertəsi günü Sionist rejiminin baş naziri Binyamin Netanyahu, Qərb Sahilinin işğal olunmuş ərazilərində sionist yaşayış məntəqələrində 800 yeni mənzil inşa etməyə əmr verdiyini açıqlamışdı.

Teqlər