Yan 18, 2021 14:14 Asia/Baku
  • ABŞ tərəfindən İraq-Suriya sərhədinə hücum ehtimalı var

Təhlükəsizlik üzrə iraqlı ekspert ABŞ-ın İraqa terrorçuları sızdırmaq məqsədilə İraqın Suriya ilə sərhəd ərazilərinə, mövcud hücumlar barədə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Təhlükəsizlik üzrə iraqlı ekspert Əli Əl-Vaeli ABŞ-ın İraqa terrorçuları sızdırmaq məqsədilə İraqın Suriya ilə sərhəd ərazilərinə, mövcud hücumlar barədə xəbərdarlıq edib. Əli Əl-Vaeli Fərat çayının şərqindəki Suriya-İraq sərhədi yaxınlığında olan bölgələr üzərində ABŞ-ın nəzarətinin təsadüfi olmadığını və yeni İŞİD terrorçuların bu ərazilərə sızmağa yol açmaq üçün sərhəd bölgələrini boşaltmaq planları haqqında danışıb.

ABŞ-ın İraqı tərk etmək istəmədiyi üçün Suriya ilə sərhəddə İraq təhlükəsizlik qüvvələrini bombalayaraq, terrorçu qüvvələrin İraqdakı strateji bölgələrə sızmasına şərait yaratmağa çalışır. Belə bir şəraitdə terror qruplaşmaları ABŞ planını yerinə yetirməyə çalışırlar.

Xatırladaq ki, 2017-ci ildə üç il davam edən döyüşlərdən sonra, İraq İŞİD terror qruplaşması üzərində qələbə çaldığını elan etdi, lakin bu terror qruplaşmasının dağınıq elementləri və hücrələri ölkənin Diyalə, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad kimi bəzi bölgələrində fəallıq etməyə çalışır.

Qeyd edək ki, İraq təhlükəsizlik qüvvələri bölgələrdə qalan terrorçuların kökünü tamamilə kəsmək üçün tez-tez hərbi təmizləmə əməliyyatları keçirir.

Teqlər