Avq 01, 2019 21:29 Asia/Baku
  • İranın Avropadakı nümayəndəliyi Zərifin sanksiya edilməsinə reaksiya verib
    İranın Avropadakı nümayəndəliyi Zərifin sanksiya edilməsinə reaksiya verib

İranın Avropa Birliyindəki nümayəndəliyi Amerikanın xəzinədarlıq nazirliyinin İran İslam Respublikasının xarici işlər nazirini sanksiya etmək üzrə düşmənçilik hərəkətini nüvə anlaşmasının xilas edilməsi üzrə beynəlxalq səviyyəli diplomatiya fürsətlərinin aradan qaldırılması adlandırıb.

İranın Avropa Birliyindəki nümayəndəliyi bildirib: Müstəqil və BMT-yə üzv bir ölkənin xarici işlər nazirinin sanksiya edilməsi Amerika hökumətinin özbaşınalığı və qanunsuzluğunun əsl simasını dünya ictimaiyyətinə açıb göstərdi.

İranın Avropa Birliyindəki nümayəndəliyi vurğulayıb: Amerika hökumətinin Zərifin sanksiya edilməsi üzrə hərəkətini təsvir etmək üçün heç bir digər yol mövcud deyildir. Bu hərəkət "Diplomatiya ilə mübarizədə bir təhdid və məcburiyyət"dir.

Teqlər