May 15, 2017 19:41 Asia/Baku
  • Türkiyə alman deputatların İncirliyə getməsinə mane olub
    Türkiyə alman deputatların İncirliyə getməsinə mane olub

Türkiyə bir qrup Almaniya parlamenti deputatının İncirlik hərbi hava bazasına getməsi müraciətini rədd edib.

Almaniya İnformasiya Agentliyinin məlumatına görə, Almaniya Xarici İşlər Nazirliyi bu ölkə parlamenti deputatlarının İncirlik hərbi hava bazasına getmələri ilə bağlı müraciətə Türkiyənin qarşı çıxdığını bildirib: Almaniya parlamenti deputatlarının İncirlik hərbi hava bazasına buraxılmaması iki ölkə arasında gərginliyin artması ilə nəticələnə bilər. 

Almaniya Bundestaqın müdafiə komissiyasının bir qrup üzvü çərşənbə axşamı günü İncirlik hərbi hava bazasına getmək və bu bazada yerləşən hərbçilərlə görüşmək istəyib. 

Oxşar olaylar Almaniyanı öz hərbi hava bazasını Türkiyədən başqa bir ölkəyə köçürmək fikrinə salıb. 

Almaniya ordusunun araşdırmaları göstərir ki, hərbi cəhətdən İordaniya, Küveyt və Kiprdə Almaniya ordusunun İncirlik yerinə öz qüvvələrini yerləşdirə biləcəyi bazalar vardır. 

Teqlər