May 17, 2017 19:17 Asia/Baku
  • Türkiyənin şərqində İŞİD ilə əlaqədə şübhəli bilinən on nəfər həbs olunub

Türkiyənin təhlükəsizlik qüvvələri bu ölkənin şərqində İŞİD ilə əlaqədə şübhəli bilinən on nəfəri həbs ediblər.

Türkiyənin şərqində yerləşən Binqul vilayətinin baş prokuroru bildirib ki, terrorizmlə mübarizə barədə təhqiqatların davam etdirilməsi çərçivəsində terrorizmə qarşı xüsusi təyinatlı qüvvələrin hücumu zamanı İŞİD ilə əlaqədə şübhəli bilinən azı on nəfər həbs olunub.

Türkiyədə terror qrupu şübhəlilərinin həbs olunması xəbərinin yayılması elə bir haldadır ki, bu ölkə öz qərbli müttəfiqlərilə həmkarlıq edərək, həmin təkfirçi qruplara dəstək verir və İraq və Suriyanın dövlət qüvvələri və yerli əhalinin qırğın və repressiya edilməsində iştirak edir.