İyul 15, 2017 19:02 Asia/Baku
  • Türkiyə parlamentinin deputatı saxlanıldı
    Türkiyə parlamentinin deputatı saxlanıldı

Türkiyə parlamentinin deputatı və HDP tərəfdarı Ankarada həbs olunub.

Fars Xəbər Agentliyinin məlumatına görə, Türkiyə parlamentinin deputatı və Xalqların Demokratik Partiyası HDP tərəfdarı Adəm Geveri bazar günü Ankarada saxlanılıb. 

Məlumata görə, bundan öncə də Türkiyə kürdlərinə bağlı partiyalardan hesab olunan HDP-nin liderləri və nümayəndələrindən bir neçəsi terror fəaliyyətlərində əlinin olması ittihamı ilə həbs olunublar. 

HDP Türkiyə parlamentində 3-cü böyük partiyadır və son seçkilrədə 6 milyon səs qazanıb. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hökumətinin fikrincə, HDP PKK ilə əlaqədə olduğuna görə, Türkiyənin siyasət səhnəsində iştirak üçün zəif qanuni əsasa malikdir. 

Teqlər