İyul 16, 2017 08:43 Asia/Baku
  • İstanbulda hökumətə dəstək aksiyası

Dünən gecə İstanbulda minlərlə adam aksiya keçirərək hökumətə dəstək verib və Türkiyədə uğursuz dövlət çevrilişinin ildönümünü qeyd edib.

İRİB-in İstanbuldan erdiyi məlumata görə, Türkiyədə uğursuz dövlət çevrilişinin birinci ildönümündə İstanbulda minlərlə adamın iştirakı ilə aksiya keçirilib, nümayişçilər Ərdoğan hökumətinin siyasətlərini himayə ediblər. 

Yuruş və aksiya iştirakçıları Amerikanın uğursuz dövlət çevrilişindəki rolunu pisləyərək Türkiyə dövlətini İncerlik hava bazasının fəaliyyətini dayandırmağa, əcnəbilər xüsusiylə ABŞ hərbçilərini qovmağa çağırıblar. 

Aksiya çevrilişin başladığı və bu hadisədə xüsusi səhnələrin şahidi olduğu Bosfor körpüsündə həyata keçib. 

Bu körpü 2016-cı il 15 iyulda  3 tank, 136 əsgər vasitəsi ilə bağlandı və çevrilişə beləliklə start verildi. 

Amma Rəcəb Təyyib Ərdoğanın çağırışı ilə minlərlə adam İstanbul küçələrinə axışaraq çevrilişin baş tutmasına imkan vermədi. 

Əhali ilə çevrilişçilər arasında toqquşmalar baş verdə və sadəcə Bosfor körpüsü üzərində 30 insan öldürüldü. Çevriliş gecəsi həlak olanların sayının 220 nəfər olduğu bildirilir. Uğursuz dövlət çevrilişini törədənlər sabahısı gün səhər çağı təslim oldular.