İyul 17, 2017 17:23 Asia/Baku
  • Sercan Gökdemir
    Sercan Gökdemir

Türkiyənin Diyarbəkir valisinin müavini və həyat yoldaşı Gülən qrupu ilə əlaqədə şübhəli bilinərək Ankara hava limanında saxlanılıb.

Türkiyənin Milliyyət qəzetinin yazdığına görə, Sercan Gökdemir və həyat yoldaşı Ankaradan Diyarbəkirə qayıtmaq istəyərkən Ankara hava limanında saxlanılıblar. 

Diyarbəkir Prokurorluğu Fətulla Gülən qrupunun fəaliyyətləri haqda araşdırmalar çərçivəsində vali müavini Sərcan Gökdemirin həbsinə order verib. 

Gökdemir və həyat yoldaşı dindirilmək üçün Diyarbəkir polisi terrorizmlə mübarizə idarəsinə aparılıblar. 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da yaşayan Fətulla Güləni ötən il 15 iyul uğursuz dövlət çevrilişinə rəhbərlik etməkdə suçlayır. Gülən dəfələrlə bu ittihamı rədd edib və Ərdoğanı saxta ittihamlarla müxalifətlə haqq-hesabı çürütməkdə suçlayıb.