İyul 17, 2017 17:24 Asia/Baku
  • Türkiyə hökuməti fövqəladə vəziyyətin müddətini uzatmaq niyyətindədir
    Türkiyə hökuməti fövqəladə vəziyyətin müddətini uzatmaq niyyətindədir

Türkiyə hökuməti bu ölkə parlamentinə müraciət ünvanlayaraq 2016-cı il iyulun ortalarında uğursuz dövlət çevrilişindən sonra tətbiq olunan fövqəladə vəziyyətin 3 ay müddətinə uzadılmasını istəyib.

Röytersin məlumatına görə, Türkiyə baş nazirliyi ofisinin yaydığı bəyanada bildirilir: Nazirlər Kabineti Türkiyə parlamentindən çərşənbə günündən fövqəladə vəziyyəti 3 ay müddətinə uzatmağı istəyib. 

Rəcəb Tayyib Ərdoğan hökuməti 2016-cı il uğursuz dövlət çevrilişindən bəri 130 mindən çox şəxsi həbs edib və ya vəzifəsindən uzaqlaşdırıb. 

Türkiyə Fətulla Gülənin qrup şəklində ədliyyə, hərbi, təhsil və dövlət idarələrinə nüfuz edərək uğursuz çevrilişi təşkil etdiyini iddia edir. Lakin Gülən bu itthamları rədd edir. 

Bu uğursuz çevrilişdə 249 nəfərin həlak olduğu, 2 min 193 nəfərin də yaralandığı bildirilir.