Avq 12, 2017 10:46 Asia/Baku
  • ABŞ və Türkiyə Xalq Səfərbər Qüvvələrinə təzyiq göstərir
    ABŞ və Türkiyə Xalq Səfərbər Qüvvələrinə təzyiq göstərir

İraq Xalq Səfərbər Qüvvələri komandanlarından biri ifşa edib ki, ABŞ, Türkiyə və İraq Kürdüstanı başçısı Məsud Barzani Tələfərin İŞİD-in işğalından azad edilməsi savaşında xalq səfərbər qüvvələrinin iştirakının qarşısını almaq üçün İraq hökumətinə təzyiq göstəriblər.

Cavad əl-Təlibavi əl-Məyadin televiziyası ilə müsahibədə deyib: Xalq Səfərbər Qüvvələri Tələfərin azad edilməsi əməliyyatında iştirak etməmək haqda göstərişlər alıblar. Çünki bu qüvvələr qarşısında qırmızı xətlər çəkilib. Vaşinqton, Ankara və Məsud Barzani Xalq Səfərbər Qüvvələrini təcrid etmək və onların bu əməliyyatda iştirakının qarşısını almaq üçün Bağdada təzyiq göstərməyə çalışıblar. 

Əl-Təlibavi Tələfərdə ərəb və xarici kəşfiyyat zabitlərinin olduğuna toxunub və xatırladıb: Xalq Səfərbər Qüvvələrinin bu əməliyyatda iştirak etməsi rüsvay olmaq istəməyən tərəflərin ifşa olunmasına səbəb ola bilər. 

Cavad əl-Təlibavi deyib: ABŞ və Türkiyə qüvvələri, Məsud Barzani kimi bəzi tərəflər, bölgədə tayfaçılığa bağlı bəzi şəxslər Xalq Səfərbər Qüvvələrinin Tələfərin azad olunması əməliyyatında iştirak etməsinə etiraz ediblər və buna da nail olublar. 

İraq Xalq Səfərbər Qüvvələri komandanı əlavə edib: Biz Heydər əl-İbadidən sözlərinə sadiq qalmasını istəyirik. O demişdi ki, Tələfərin azad olunması savaşında xalq səfərbər qüvvələri silahlı qüvvələrin yanında olacaqdır. 

O xatırladıb: Bizim ərəb ölkələri və Türkiyə təhlükəsizlik zabitlərinin Tələfər şəhərində olması haqda təsdiqlənmiş materiallarımız vardır. 

Teqlər