Avq 31, 2017 21:02 Asia/Baku
  • Almaniya Türkiyənin gömrük ittifaqına girməsinə münasibət bildirib
    Almaniya Türkiyənin gömrük ittifaqına girməsinə münasibət bildirib

Almaniya dövləti Türkiyə ilə Avropa Birliyi arasında Gömrük İttifaqı üzrə razılaşmaya veto qoyacaq.

APA-nın verdiyi məlumata görə, Almaniya dövləti bu gün bir bəyanat yayaraq bildirib ki, Berlin AB ilə Türkiyə arasında Gömrük İttifaqının genişlənməsi razılaşmasına veto qoyacaq. 

Avropa Komisiyasının sədri Jan Klud Yunker dünən Berlində Almaniya kansleri Angella Merkel ilə görüşündə AB-nin Gömrük İttifaqı razılaşmasının Türkiyəyə genişlənməsi qərarını ona elan edib. 

Merkel öncə Almaniya dövlətinin bu razılaşma barədə mövqeyini bildirmişdi . Berlin Brüsseldən istəyib ki, Türkiyə ilə Gömrük İttifaqı üzrə razılaşmanın hazırlıq mərhələsini təxirə salsın ona görə ki, bu prossesin davam etməsinin mənfi nəticələri olacağına inanır. 

Avropa Birliyi 2016-cı ildə üzv ölkələri Türkiyə ilə gömrük razılaşmasının genişləndirilməsinə çağırdı. Bu çağırış Türkiyə ilə ticarət əlaqələrinin genişləndirilməsi, kənd təsərrüfatı və sənaye məhsullarının gömrüklərdən buraxılmasını əhatə edirdi. 

Digər tərəfdən Türkiyə ilə Almaniya arasında əlaqələr alman vətəndaşların Türkiyədə həbsinə görə gərgindir. 

Berlin Ankaranın ən əsas ticarət ortağıdır və Türkiyəyə səfər edən turistlərin 10 faizini Almaniya vətəndaşları təşkil edir. 

Teqlər