Sen 08, 2017 10:34 Asia/Baku
  • Türkiyə ilə NATO-nun müştərək hərbi təlimləri keçirilir

Türkiyə ordusunun dəniz qoşunları Şimali Atlantika Alyansına üzv ölkələrlə Egey dənizində müştərək hərbi təlimlər keçirir.

İRİB-in Ankaradan verdiyi məlumata görə, hərbi təlimlərə bu gün start verilməlidir. 

Müharibədə ziyan görmüş sualtı gəmilərə və sərnişinlərə yardım məşqlərindən ibarət olan bu təlimlər Marmaris sahillərində Aksaz bölgəsində 2 həftə davam edəcək. İspaniya, Fransa, Britaniya, Norveç, İtaliya, ABŞ, Kanada və Polşa dəniz qoşunlarından bölmələr bu təlimlərə qatılacaq. 

 

Teqlər