Sen 09, 2017 09:12 Asia/Baku
  • Ərdoğan: Türkiyə və İran çox yaxın əlaqələrə malikdirlər
    Ərdoğan: Türkiyə və İran çox yaxın əlaqələrə malikdirlər

Türkiyə prezidenti Ankara-Tehran əlaqələrini çox yaxın adlandırıb və deyib: Türkiyə və İran əlaqələrini tanınmış hüquqi əlaqələr çərçivəsində məhdudlaşdırmaq olmaz.

İRNA-nın məlumatına görə, Rəcəb Təyyib Ərdoğan cümə günü etdiyi çıxışında Türkiyənin qaz və neftə olan ehtiyacının böyük bir hissəsini İran hesabına təmin etdiyini xatırladıb və deyib: Ankara iki ölkə əlaqələrindəki bu həssaslığı dəfələrlə ABŞ-ın öncəki və hazırkı hökumətinin diqqətinə çatdırıb. 

Türkiyə prezidenti ABŞ-ın Türkiyənin bəzi sabiq siyasi və bank rəsmilərinə qarşı sanksiyalar dövründə İran ilə əməkdaşlığa malik olduqları bəhanəsi ilə məhkəmə qərarı çıxartmasına reaksiya olaraq, bunu siyasi addım adlandırıb. 

Ərdoğan ABŞ-a olacaq səfəri zamanı bu məsələlərin araşdırılmasına münasib fürsətin yaranacağına ümidvarlıq edib. 

Ərdoğan Türkiyənin ədalətli ölkə olmadığını vurğulayaraq əlavə edib: Bu kimi hərəkətlər ABŞ hökumətinin acizliyini göstərir. 

ABŞ-ın Ədliyyə Nazirliyi Vaşinqtonun İran və Türkiyə əleyhinə düşmənçilik siyasətlərinin davamında Türkiyənin bəzi keçmiş siyasi və bank rəsmisini İrana qarşı tətbiq edilən sanksiyaları pozmaqda ittiham edərək, onlara qarşı məhkəmə işi qaldırıb.

Teqlər