Okt 12, 2017 21:27 Asia/Baku
  •  İbrahim Kalın
    İbrahim Kalın

Türkiyə Prezident Aparatının sözçüsü deyib: Türkiyənin İraq Kürdüstanı ilə sərhədləri Tehran və Bağdadın əməkdaşlığı ilə yaxın günlərdə bağlanacaq.

Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın deyib: Türkiyə yaxın günlərdə tədrici şəkildə İraq Kürdüstanı ilə sərhədlərini bağlamaq qərarına gəlib. 

Bu məlumata görə, Kalın deyib: Ankara Bağdad və Tehranla əməkdaşlıq yolu ilə bu qərarını həyata keçirəcək. 

Ərdoğanın ofisinin sözçüsü həmçinin bildirib ki, bu təşəbbüs İraq Kürdüstanının İraqdan ayrılmaq üzrə referendumun nəticələrini ləğv etməməsinə reaksiya əlaməti olaraq həyata keçirilir. 

TÜrkiyə rəsmisi deyib: Ankara İraq xalqını cəzalandırmaq niyyətində deyil, bu ölkənin parçalanmasına mane olmaq ardıncadır. 

Kalın Amerika ilə yaranmış diplomatik böhrana da münasibət bildirib: Bu böyük problem deyil və bir gün ərzində həll oluna bilər amma Vaşinqton və başqaları Türkiyənin məhkəmə sisteminin müstəqilliyinə hörmət etməlidirlər. 

Beynəlxalq ictimaiyyət və İraq dövlətinin müxalifətinə baxmayaraq İraq Kürdüstanı başçıları referendum keçirdilər.

Teqlər