Noy 18, 2017 12:30 Asia/Baku
  • Asiya Bankı müflis oldu
    Asiya Bankı müflis oldu

İstanbul məhkəməsi Fətulla Gülənin maliyyə müəssisələrindən olan Asiya Bankı-nın müflis olması haqda qərar çıxardıb.

TRT telekanalının verdiyi məlumata görə, İstanbul Məhkəməsi cümə günü təşkil etdiyi məhkəmə iclasında Türkiyənin Bank Əmanətləri Sığortası Fondunun müdiri tərəfindən irəli sürülən istək əsasında Asiya Bankının iflasını elan edib. 

Bu məlumata görə, Asiya Bankının fəaliyyəti bundan öncə Gülən Hərəkatının fəaliyyətlərinə qarşı başladılmış araşdırmalara görə dayandırılmış və banka nəzarət işləri Türkiyə Bank Əmanətləri Sığortası Fonduna tapşırılmışdı. 

Türkiyə hökuməti Fətulla Gülənin başçılıq etdiyi təşkilatın Türkiyədə məhkəmə, təhsil, dövlət və hərbi sistemə müdaxilə etməklə 15 iyul 2016-cı il tarixində dövlət əleyhinə çevriliş cəhdi həyata keçirdiyinə inanır. 

Teqlər