Dek 27, 2017 15:05 Asia/Baku
  • Ərdoğan: Türkiyə Fələstin dövlətinin təşkilini dəstəkləyəcək

Türkiyə prezidenti müstəqil Fələstin dövlətinin dəstəklənməsinin vacibliyini qeyd edib.

Türkiyədə çıxan Milliyyət qəzetinin internet portalının məlumatına görə, Çad Respublikasında rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün bu ölkə prezidenti ilə görüşdən sonra birgə mətbuat konfransında deyib: Regionda sülhün bərpa olunması üçün yeganə yol 1967-ci il sərhədləri çərçivəsində Qüdsün paytaxtlığı ilə Fələstin dövlətinin yaranmasıdır. Biz bu istiqamətdə çalışacağıq.

Türkiyə və Yəmənin çağırışı ilə Qüds haqdakı qətnamə BMT Baş Assambleyasında 128 lehinə səslə qəbul olunub.

Bu qətnamədə vurğulanıb ki, Qüds məsələsi Fələstin və İsrail başçıları arasında birbaşa müzakirələr yolu ilə və BMT Təhlükəsizlik Şurasının məsələ ilə əlaqədar qətnamələrinə əsasən həll olunmalıdır.

Teqlər