Yan 07, 2018 18:20 Asia/Baku
  • Ərdoğan ABŞ-ın Türkiyə qarşısındakı siyasətlərini tənqid atəşinə tutub
    Ərdoğan ABŞ-ın Türkiyə qarşısındakı siyasətlərini tənqid atəşinə tutub

Türkiyə prezidenti ABŞ-ın ölkəsi qarşısındakı siyasətlərini qınayıb.

Türkiyədə çıxan Cümhuriyyət qəzetinin yazdığına görə, Rəcəb Təyyib Ərdoğan Vaşinqtonun Fətullah Gülənlə bağlı rəftarını və YPG ilə bağlı siyasətlərini tənqid edərək, deyib: Ankara və Vaşinqton münasibətlərində gərginliyə səbəb olan xeyli məsələ var.

Türkiyə 15 iyul 2016-cı ildə dövlət çevrilişinə uğursuz cəhdin arxasında Fətullah Gülənin dayandığını bildirir. ABŞ isə hazırda Pensilvaniya ştatında yaşayan Fətullah Güləni Türkiyəyə təhvil vermək istəmir.

 

Teqlər