Fev 11, 2018 18:10 Asia/Baku

Türkiyə "Zeytun Budağı" çərçivəsində Suriyanın şimalında həyata keçirilən hərbi əməliyyatlarda indiyə kimi 1180 terrorçunun zərərsizləşdirildiyini bildirib.

Anadolu xəbər agentliyinin verdiyi məlumata görə, Türkiyə ordusu baş qərargahı tərəfindən yayılan məlumata görə, "Zeytun Əməliyyatı"nın 22-ci gününün sonuna olan məlumatlara əsasən Suriyanın şimalında 1180 terrorçu öldürülüb.

Türkiyə ordusu Baş Qərargahı həmçinin, ötən gün hərbi əməliyyatlar zamanı 9 Türkiyə hərbçisinin ölməsi və 11 hərbçinin yaralanmasından xəbər verib.

Beləliklə 20 yanvar tarixindən başlayan "Zeytun Budağı" əməliyyatında indiyə kimi ümumilikdə 29 Türkiyə hərbçisi həlak olub. Bu əməliyyatlarda Suriya Azad Ordusunun insan tələfatının sayı isə 400 nəfər elan edilib.

Türkiyə ordusu Suriyanın şimalında ABŞ tərəfindən himayə edilən terrorçulara qarşı hərbi əməliyyatlara başlayıb.

Teqlər