Fev 14, 2018 10:54 Asia/Baku
  • İran-Türkiyə rəsmilərinin görüşü
    İran-Türkiyə rəsmilərinin görüşü

İran və Türkiyə arasında ikitərəfli əlaqələr habelə, regional məsələləri barədə məsləhətləşmələr və fikir mübadilələrinin aparılması məqsədi ilə iki ölkə diplomatları və ekspertlərinin iştirakı ilə İstanbulda dəyirmi masa təşkil edilib.

İRNA-nın məlumatına görə, bu dəyirmi masada İran və Türkiyə diplomatları və ekspertləri Tehran-Ankara əlaqələri, əməkdaşlıqların inkişaf yolları, münasibətlərin genişləndirilməsi və əlaqələrin davamlılıq yollarını araşdırıblar.

Bu dəyirmi masada iki ölkə diplomatları və ekspertləri regionda cərəyan edən hadisələri də analiz edərək, ölkələrin ərazi bütövlüyü və milli hakimiyyətinin qorunması prinsipləri əsasında məsələlərin öz həllini tapmasına habelə, terrorizm və ifratçılıq ilə mübarizənin aparılmasına təkid ediblər.

Teqlər