Fev 24, 2018 19:40 Asia/Baku
  • Ərdoğan: ABŞ rəhbərləri yalançıdırlar
    Ərdoğan: ABŞ rəhbərləri yalançıdırlar

Türkiyə prezidenti Amerika Müdafiə Nazirliyinin sözçüsünün suriyalı mülkinin Türkiyə qüvvələri tərəfindən qırğın edilməsinə dair sözlərinə münasibət bildirərkən deyib: Vaşinqton yalan danışmaqla Ankaraya zərbə vurmaq isəyir.

İRNA-nın verdiyi məlumata görə, Rəcəb Təyyib Ərdoğan dünən Ədalət və İnkişaf Partiyasının vilayət üzrə başçılarının toplantısında etdiyi çıxışında Türkiyənin bəzi müttəfiqləri o sıradan Amerikanın ikili rəftarlarını riyakarcasına və narahat edici adlandırıb. 

Türkiyə prezidenti deyib: Türkiyə ordusunun Suriyanın Afrin bölgəsindəki hərbi əməliyyatı Türkiyə dövlətinə qarşı olan yaraqlı kürd qruplara qarşıdır və bu Amerika başda olmaqla qərb ölkələrini nigaran edir. 

Amerika Müdafiə Nazirliyinin sözçüsü son vaxtlar Türkiyəni Afrində mülkiyə qarşı qırğın törətməkdə ittiham etmişdi. 

Ərdoğan deyib: Amerika dövlət rəsmiləri yalançı və riyakardırlar. Pentaqonun sözçüsü tam həyasızlıqla yalan xəbərlər yayır və Türkiyənin Zeytun budağı əməliyyatını mülkiyə qarşı əməliyyat kimi təqdim edir. 

 

Teqlər