Mart 12, 2018 11:56 Asia/Baku
  • Afrin əhalisi Türkiyəni irqi təmizləmədə ittiham edir
    Afrin əhalisi Türkiyəni irqi təmizləmədə ittiham edir

Mühasirədə olan Afrin şəhərində yaşayan suriyalı kürdlər Türkiyəni onlara qarşı irqi təmizləmədə ittiham edirlər.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bildirib ki, onun ölkəsinin qüvvələri və Suriyada Ankaranın himayəsi altında olan müxalif döyüşçülər Afrin şəhərini mühasirə ediblər və tezliklə şəhərə daxil olacaqlar.

Skay Nyus telekalı xəbər verir: Bu günlər Türkiyənin Afrindəki hücumlarında öldürülmiş insanların dəfn mərasimləri səhnəsi bu şəhərdə adi bir məsələyə çevrilibdir. Hər gün bir qrup insan dəfn olunur. Türkiyə ordusunun və onun müttəfiqlərinin Afrinə qarşı ən yeni hücumlarında xalq müdafiə bölmələrinin bir neçə üzvü, eləcə də beş yaşından on dörd yaşınadək olan beş uşaq öldürülüb. Hazırda aviasiya və artilleriya hücumlarının törətdikləri çoxlu sayda yaralı, xəstəxanalar və mülaicə mərkəzlərinə yatırılıbdır. Morqlar öldürülmüş insanların cəsədlərilə doludur.

Teqlər