Mart 23, 2018 18:53 Asia/Baku
  • Türkiyənin bir ədəd F-16 qırıcısı süqut edib
    Türkiyənin bir ədəd F-16 qırıcısı süqut edib

Dünən gecə Türkiyənin bir ədəd F-16 qırıcısı bu ölkənin mərkəzində yerləşən Nevşehir vilayətinin Gülşehir məntəqəsinin "Ova Evren" kəndinin yaxınlığında süqut edib.

Türkiyə ordusu bu xəbəri təsdiq edərək, bildiribdir ki, hələ F-16 qırıcısının pilotu və pilot köməkçisinin taleyindən bir xəbər yoxdur.

Türkiyə ordusunun baş qərargahı bu qırıcınını təlim uçuşu keçirməkdə olduğunu bildirərək, qeyd edibdir ki, yardım qrupları hadisə yerinə göndəriliblər.

 

Teqlər