Apr 10, 2018 09:37 Asia/Baku
  • Türkiyə hərbi təchizatları satın almaq üçün müstəqil şəkildə addım atır
    Türkiyə hərbi təchizatları satın almaq üçün müstəqil şəkildə addım atır

Türkiyə prezidenti deyib: ABŞ-ın Rusiya silahlarının ixracatı əleyhinə sanksiyalarına rəğmən, Türkiyə Rusiyadan S-400 zenit-raket kompleksinin satın alınması haqda təzyiqlərə məruz qalmır.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rəcəb Tayyib Ərdoğan bazar ertəsi günü Ankarada Türkiyənin öz taleyi və öz mənafeyi haqda müstəqil qərar verdiyini bildirərək deyib: Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksini satın almaq üzrə qərarı bəzi ölkələrin etirazına səbəb olmamalıdır. 

Türkiyə prezidenti bildirib: Ankara öz müdafiə strukturunu gücləndirmək məqsədilə hərbi müqavilələrin imzalanması üçün kimsədən icazə almır. 

Ərdoğan bundan öncə bildirmişdi ki, S-400 zenit-raket sistemlərinin təhvil verilməsi məsələsi sadəcə Moskva və Ankaraya aiddir. 

Halbuki ABŞ rəsmiləri ötən cümə Rusiyanın 39 hüquqi və fiziki şəxsi, o cümlədən siyasi və iqtisadi rəsmilərin adlarını sanksiyalar siyahısına əlavə edib. 

Teqlər